Məşhur futbolçu PSV-nin baş məşqçisi təyin olunub
(31-03-2022, 10:30)
Niderland millisinin sabiq futbolçusu Rud van Nistelroy PSV-nin baş məşqçisi təyin olunub.
46 yaşlı mütəxəssis Eyndhoven təmsilçisi ilə 2025-ci ilin yayınadək müqavilə imzalayıb.
O, cari mövsüm başa çatdıqdan sonra komandanın sükanı arxasına keçəcək. Nistelroy bu vəzifədə Roger Şmitdi əvəzləyəcək.
Qeyd edək ki, Rud van Nistelroy PSV strukturunda 2016-cı ildən çalışır. Onun aktivində Niderland millisində də iş təcrübəsi var. O, yığmada baş məşqçinin köməkçisi kimi çalışıb. Futbolçu qismində isə van Nistelroy yerli "Den Boş", "Herenven", PSV, İngiltərənin "Mançester Yunayted", Almaniyanın "Hamburq", İspaniyanın "Real Madrid" və "Malaqa" komandalarının formasını geyinib.
Ana səhifəyə qayıt
Oxunub: 89
Xəbəri paylaş
Xəbər lenti
Ən çox baxılanlar