31 mart Azərbaycanlıların soyqırımı günüdür.
(30-03-2022, 14:40)

Zalqımızın çoxəsirlik zəngin və yüksək yaradıcılıq nümunələri ilə dolu, eyni zamanda mürəkkəb və keçmə-keçli bir tarixi vardır.Bu tarixdə sevinc və kədər əkiz yaşamış daiim bir-birini əvəz etmişdir.Təssadüfü deyildir ki, ruh yüksəkliyi ilə qeyd etdiyimiz novruz bayramından sonra keçmişimizin kədərli, faciəli səhifələrinidə yaddan çıxarmaq olmaz. 1998-ci ildən bəri Azərbaycan Respublikası hər il 31 martı Azərbaycanlıların soyqırımı kimi dövlət səviyyəsində qeyd edir.Tariximizdə artıq soyqırımı kimi siyasi və hüquqi qiymətini almış faciəli hadisələr öz başlanğıcını XIX əsrin əvvəllərindən götürür.Rusya və İran arasında imzalanmış Gülüstan və Türkmənçay müqavilələrindən sonra tarixi Azərbaycan torpaqlarında kütləvi şəkildə ermənilər məskunlaşdırılmağa başlanılmış, Qafqazın cənubunda ermənistan dövlətinin yaradılması kursu yeridilmişdir.1905-1907-ci illərdə Rusya hakim dairələri tərəfindən himayə olunan erməni millətçiləri Azərbaycanlılara qarşı qətillər və vəhşiliklər törətmişlər.
1918-ci ilin martında antiazərbaycan ünsirlərin höküm sürdüyü bolşevik-daşnaq tərkibli Bakı kommunası tərəfindən əks inqilaba qarşı mübarizə pərdəsi altında milli qırğın törədildi.Bakıda və qəzalarda on minlərlə dinc əhali məhv edildi məscidlər, məktəblər və digər mədəniyyət abidələri yandırılıb dağıdıldı.Mart soyqırımı nəticəsində təkcə Bakıda on iki mindən çox Azərbaycanlı öldürüldü.Bolşevik daşnaq birləşmələri Şamaxı, Quba, Gəncə, Kürdəmir, Salyan və Lənkəran qəzalarında da soyqırımı davam etdirdilər.Quba qəzasının 162 kəndi yandırıldı on altı mindən çox müsəlman öldürüldü.
Soyqırımı 1918-ci il sentyabrın axırınadək davam etmişdi.Bu soyqırımı zamanı əlli minə qədər Azərbaycanlı öldürülmüşdü.Biz bu hadisələri unutmamalıyıq.Unutqanlıq xalqımızın tarixi problemlərinin həllində keçilməz maneələr yarada bilər.Düşmən qüvvələrə qarşı mübarizəmiz daiimi və əbədi olmalıdır.
Qənaət Əsgərov
YAP Kəlbəcər rayon təşkilatının aparat rəhbəri
Ana səhifəyə qayıt
Oxunub: 162
Xəbəri paylaş
Xəbər lenti
Ən çox baxılanlar