“Rusiya iqtisadiyyatı bu il 2 milyon iş yerindən məhrum olacaq” – “Kommersant”
(30-03-2022, 12:00)
Rusiya iqtisadiyyatında iş yerlərinin sayı bu ilin sonuna kimi 2 milyon azalacaq və bunun nəticəsində ölkədə işsizlik hazırkı 4,4 faizdən 7,1-7,8 faizə sıçrayacaq.
Hadisələrin daha az kəskin inkişafı şəraitində göstərici 6,4- 6,5 faiz yüksələcək - «Kommersant» qəzeti strateji işləmələr Mərkəzinə istinadla xəbər verir.
Analitiklərin ehtimal etdikləri kimi, uzunmüddətli perspektivdə Rusiyada məşğulluğu yenidənqurma strukturu gözləyə bilər - avtopromda, metallurgiyada və tikintidə iş yerlərinin ixtisarı fonunda yüngül sənayedə və İT-texnologiyalarda əməkdaşlara tələbat yüksələcək.
Bundan əvvəl artıq yüzlərlə xarici firma, o cümlədən məşhur brendlərin istehsalçıları Rusiya bazarını müvəqqəti və ya tam olaraq tərk ediblər - onlar Ukraynadakı situasiyaya və Qərbin sanksiyalarına belə reaksiya veriblər.
| « Fevral 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | |







