Rusiya Polşanın Moskvadakı səfirliyinin hesablarını bloklayıb
(30-03-2022, 11:30)


Rusiya cavab tədbiri olaraq Polşanın Moskvadakı səfirliyinin hesablarını bloklayıb.

Bu barədə çərşənbə axşamı Rusiyanın Polşadakı səfiri Sergey Andreyev xəbər verib.

Xatırladırıq ki, bundan əvvəl Polşanı Rusiya səfirliyinin 45 əməkdaşı tərk edib. Onlar Polşa hakimiyyəti tərəfindən casusluqda şübhəli bilinib. Bu zaman Andreyevin təsdiqlədiyi kimi, bütün 45 diplomata qarşı heç bir konkret ittiham irəli sürülməyib.

Səfirin bəyanatına görə, diplomatların fəaliyyətinin onların statusuna uyğun gəlməməsi barədə iddialar heç nə ilə təsdiqlənməyib.

O, həm də əlavə edib ki, Rusiyanın Polşadakı səfirliyi müvəqqəti olaraq iki ölkə arasında münasibətlərin gərginləşməsi səbəblə bağlanıb.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 78

Xəbər lenti