Rusiyalı milyarderlər təyyarələrini kütləvi şəkildə satışa çıxarır - FOTOLAR
(26-03-2022, 14:30)


Rusiyalı milyarderlər - Vladimir Potanin, Yuri Şefler, Rüstəm Terequlov, Aleksandr Svetakov, Arkadi Voloj və Eduard Berman özəl təyyarələrini satışa çıxarıblar.

Bu fakt aviasiya sektoruna aid mütəxəssislərin malik olduqları özəl məlumatlar əsasında paylaşılıb. Qeyd olunur ki, əslində təyyarələrini təcili şəkildə satmaq istəyən rusiyalı oliqarxların sayı daha çoxdur və onların sırası yuxarıda qeyd olunan siyahıdakılarla məhdudlaşmılr.

Artıq təyyarə satışı üzrə ixtisaslaşan portallarda sözügedən təyyarələrin satışı ilə bağlı elanlar yerləşdirilməkdədir. Məsələn, Putinə yaxın oliqarxlardan sayılan Vladimir Potaninin GULFSTREAM G650 markalı özəl təyyarəsi 60 milyon dollara təklif olunur.

Eləcə də həmin portalda Yuri Şeflerin eyni markalı təyyarəsi satışa çıxarılıb. Xəbərdə deyilir ki, digər oliqarxlar öz təyyarələrini açıq satış saytlarında yox, özəl kanallarla satmağa çalışırlar.

“AzPolitika.info”  

GULFSTREAM G650 - Vladimir Pota


GULFSTREAM G650 - Yuri Şefler





BOEING 737-700  - Rüstəm Terequlov

Bombardier Global 6000 - Arkadi Voloj

Gulfstream G650 - Aleksandr Svetako


Bombardier Global 6000 - Eduard Berman

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 87

Xəbər lenti