Azərbaycan millisi Maltaya məğlub oldu - VİDEO
(26-03-2022, 12:00)
Futbol üzrə Azərbaycan millisi 2022-ci ildə ilk oyununu keçirib. Canni De Byazinin baş məşqçi olduğu komanda yoldaşlıq matçında Malta seçməsi ilə üz-üzə gəlib.
Ta Qali şəhərindəki Milli Stadionda olnanılan qarşılaşma rəqibin minimal hesablı qələbəsi ilə bitib - 1:0.
Meydan sahiblərinin kapitanı Andrey Aciusun komandada sonuncu matçına çıxıb. Azərbaycanla görüş təcrübəli müdafiəçinin yığmada 103-cü oyunu olub.
Qarşılaşma rəqibin üstünlüyü ilə başlayıb. 8-ci dəqiqədə Aciusun zərbəsindən sonra qapıçı Səlahət Ağayev qola mane olub. 36 yaşlı müdafiəçi 25-ci dəqiqədə cərimə zərbəsindən topu qapının üstündən vurub. Maltanın ilk hissədə ən real qol vəziyyəti 45+1-ci dəqiqəyə təsadüf edib. Yurge Deqabrielenin zərbəsindən sonra top dirəyə dəyib.
Azərbaycan yığması ikinci yarıya daha yaxşı start verib. 51-ci dəqiqədə Ramil Şeydayevin zərbəsindən sonra müdafiəçiyə dəyən top qapının yanından keçib. Bir dəqiqə sonra isə Aleksey İsayevin başla fərqlənməsinə qapıçı Anri Bonello icazə verməyib. 54-cü dəqiqədə Eddi İsrafilovun cərimə meydançasının kənarından endirdiyi zərbə təhlükəli alınsa da, çərçivəyə düşməyib. Əvəzində 55-ci dəqiqədə Yurge Deqabriele komandasını hesabda önə keçirib.
| « Fevral 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | |







