MB inandırır ki, Rusiyanın qızılı təhlükəsiz yerdədir - Ölkə ərazisində qorunur
(26-03-2022, 10:00)

Rusiya Bankı xəbər verib ki, Rusiyanın bütün qızıl-valyuta ehtiyatı ölkə ərazisində Mərkəzi Bankın anbarlarında yerləşir.
“Requlyator” xatırladır ki, qızıl-valyuta ehtiyatı - bu, instrumentdir və onun hesabına MB iqtisadiyyatı xarici böhranlardan qoruya bilər. Ağır situasiyalarda onlar valyuta borcunu, kritik idxalı ödəyir, valyuta bazarını stabilləşdirir. Bundan əvvəll xəbər verildiyi kimi, Amerika Maliyyə Nazirliyi bəyan edib ki, Ruiyaya qarşı sanksiyalar MB-nin ehtiyat qızılı ilə istənilən əməliyyata şamil ediləcək. İdarədə izah ediblər ki, Amerika tərəf məhdudiyyətlərin köməyi ilə Rusiya Bankının beynəlxalq ehtiyatlarından istifadə qabiliyyətini məhdudlaşdırmağa cəhd edir (onun bir hissəsi dollarla, avro ilə və funtla olmaqla, 200 milyard dollar təşkil edir, ehtiyatın yarıya yaxını artıq dondurulub).
Rusiya Mərkəzi Bankının məlumatına görə, ölkənin beynəlxalq ehtiyatlarında monetar qızıl ehtiyatı yanvarın 1-nə 74 milyon unsiya (2,3 min ton) təşkil edib.