"Lazım gəlsə, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyik" - Şolts
(25-03-2022, 17:30)
"Lazım gəlsə, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyik".
Bunu Almaniya kansleri Olaf Şolts Brüsseldə NATO sammitindən sonra bildirib.
Şolts atəşkəs çağırışını təkrarlayaraq deyib: "Rusiya liderini Ukraynada atəşkəsi qəbul etməyə və humanitar dəhliz yaratmağa çağırırıq".
Almaniya hökumət başçısı, həmçinin vurğulayıb ki, enerji idxalının sanksiya paketlərinə daxil edilməməsi düşünülmüş qərardır.Şolts müharibənin təsirlərinin enerji və ərzaq qiymətlərində də özünü göstərdiyini əlavə edib.
Qeyd edək ki, "Böyük Yeddilik" (G7) ölkələri Rusiyaya qarşı sanksiyalara yenidən baxmağa razılaşıblar.
Ana səhifəyə qayıt
Oxunub: 85
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər