"Ukrayna çətin ki, ərazisinin bir hissəsindən imtina etsin" - Bayden
(25-03-2022, 14:00)


"Ukrayna çətin ki, vəziyyəti həll etmək üçün ərazisinin bir hissəsindən imtina etsin".

Bu sözləri ABŞ Prezidenti Co Bayden deyib.

Amerikalı lider yekun qərarın Kiyevdə olduğunu bildirib.

NATO liderlərinin Brüsseldə keçirilən sammitindən sonra keçirilən mətbuat konfransı zamanı Co Bayden Kiyev hakimiyyətinin davamlı atəşkəsə nail olmaq üçün ölkə ərazisinin bir hissəsini verməli olacağına inanıb-inanmadığı sualı verilib.
“Düşünmürəm ki, onlar bunu etmək məcburiyyətində qalacaqlar”,- deyə Bayden cavab verib.
Eyni zamanda, o vurğulayıb ki, bu prosess tamamilə Ukraynadan asılıdır.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 84

Xəbər lenti