Moskvadakı “Azərbaycan” pavilyonuna bomba qoyulması barədə xəbər yayılıb
(25-03-2022, 12:00)


Moskvada Xalq Nailiyyətləri Sərgi Mərkəzindəki “Azərbaycan” pavilyonuna bomba qoyulması ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

APA-nın Moskva müxbirinin TASS-a istinadən verdiyi məlumata görə, Azərbaycan pavilyonuna bomba qoyulması ilə bağlı anonim məlumat daxil olub.

“VDNX-dakı Azərbaycan pavilyonunda partlayış təhlükəsi ilə bağlı anonim məlumat daxil olub, araşdırma aparılır”, - deyə fövqəladə hallar nazirliyinindəki orqanlarındakı mənbə TASS-a bildirib.




шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 82

Xəbər lenti