Ukrayna ordusu Rusiya qoşunlarını Kiyevdən şərqə doğru sıxışdırıb
(24-03-2022, 15:30)
“Ötən sutka ərzində Ukrayna ordusu düşmən qüvvələrini Kiyevdən uzaqlaşdırmağa nail olub”.
Bu barədə jurnalistlərə ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi məlumat verib.
Onun sözlərinə görə, Rusiya hərbçiləri Kiyevdən 25-35 km şərqdə geri çəkilib.
“Rusiya qüvvələri Kiyevin mərkəzindən şərqdə təqribən 55 km məsafədədir ki, bu da dünənki məsafə ilə müqayisədə 25-35 km çoxdur”, - deyə rəsmi bildirib.Onun sözlərinə görə, Kiyevin mərkəzinin şimal-qərbində Rusiya qüvvələri səngər qazaraq müdafiə mövqeləri qurur. İndi Rusiya hərbçiləri Kiyevin mərkəzindən 15-20 kilometrdədir.
“Biz onların Kiyev ətrafında qazıntılar apardıqlarını və (Ukraynanın-red) şərq hissəsində daha çox hücum etməyə çalışdıqlarını görürük”, - o deyib.
Ana səhifəyə qayıt
Oxunub: 95
Xəbəri paylaş
Xəbər lenti
09-10-2025 16:23
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Təqvim
| « Aprel 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 | |||
Seçilənlər







