“Qərb Rusiyaya qarşı sanksiyaları artırmaqdan çəkinməyəcək” - Conson
(24-03-2022, 12:00)
Qərb Rusiyaya qarşı sanksiyaları artırmaqdan çəkinməyəcək və Kremlin aqressivliyinin artması səbəbindən Ukraynaya müdafiə hərbi yardımını davam etdirəcək.
Bunu Böyük Britaniyanın baş naziri Boris Conson deyib.
Boris Conson Putinin Ukraynaya genişmiqyaslı işğala başlamaq qərarını onun fəlakətli səhvi adlandırıb. O, qeyd edib ki, bu tezisi hər gün Ukrayna xalqının qəhrəmancasına müqaviməti təsdiq edir.
O, həmçinin bildirib ki, Rusiya Avropanın “İkinci Dünya Müharibəsindən, “Üçüncü Reyx”dən bu günə kimi” görmədiyi səviyyədə hərbi cinayətlərlər törədir.
Ana səhifəyə qayıt
Oxunub: 71
Xəbəri paylaş
Xəbər lenti
Ən çox baxılanlar