Rusiyalı deputatlara ölkəni tərk etmək qadağan edildi - Putin qorxuya düşüb
(24-03-2022, 10:30)


Hakim “Vahid Rusiya” partiyasından olan Dövlət Dumasının deputatlarına fraksiya rəhbəri Vladimir Vasilevin icazəsi olmadan Rusiyanı tərk etmək qadağan edilib.

Onun imzaladığı təlimata görə, deputat xaricə getmək istəyirsə, fraksiya rəhbərinə hansı ölkəyə və nə vaxt gedəcəyi, həmçinin səyahətinin məqsədini göstərilməklə ərizə verməlidir.

Qayda işgüzar səfərlərə şamil edilmir. Fraksiya rəhbəri deputata şifahi şəkildə getməyə icazə verə bilər.

Bildirilib ki, qaydalar yalnız Dövlət Dumasının deputatlarına şamil edilir, qalan partiya üzvlərindən isə hələlik səfərlərini partiya rəhbərliyi ilə əlaqələndirmək tələb olunmur.
Qeyd olunub ki, bu qayda artıq bir neçə aydır ki tətbiq edilib, lakin bu barədə yalnız indi məlum olub.
Görünür, Putin deputatların da ölkədən qaçacağından qorxuya düşüb.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 74

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031