“Tokio Ukrayna məsələsində G7 ölkələri ilə həmrəydir” - Fumio Kisida
(24-03-2022, 09:00)
Yaponiyanın Baş naziri Fumio Kisida martın 24-də Yeddilər Qrupu ölkələri liderlərinin (G7) Brüsseldə keçiriləcək danışıqlarında iştirak edəcək və onlarla Ukraynanı müzakirə etməyi planlaşdırır.
Bu barədə Yaponiya Nazirlər Kabinetinin Baş katibi Xirokadzu Matsuno xəbər verib.
Yaponiya ABŞ, Aİ və Böyük Britaniyanın Rusiyaya tətbiq etdiyi sanksiyalara qoşulub. Bundan başqa, Yaponiya əməliyyatçıları geopolitik fonda öz məhsullarının Rusiyaya tədarükünü dayandırıb. Bu barədə elan edən sonuncu şirkətlərdən biri də Sharp texnikası istehsalçısıdır.
Ana səhifəyə qayıt
Oxunub: 96
Xəbəri paylaş
Xəbər lenti
Ən çox baxılanlar