Şuşada Rəsulzadə küçəsinin adı dəyişdirilib? - RƏSMİ AÇIQLAMA + FOTO
(23-03-2022, 18:00)
Bu gün sosial mediada Şuşanın mərkəzi küçəsinin adının dəyişdirilməsi ilə bağlı məlumat yayılıb.
Musavat.com xəbər verir ki, yayılan məlumatlarda bildirilib ki, Məhəmməd Əmin Rəsulzadə adına küçənin adı dəyişdirilib və oraya Mustafa Kamal Atatürkün adı verilib.
Şuşa Dövlət Qoruğu İdarəsinin mətbuat xidmətinin rəhbəri Zaur Həsənov Musavat.com-a bildirdi ki, yayılan məlumat həqiqəti əks etdirmir: "Şuşada hər iki şəxsin adına küçə var. Heç bir dəyişiklik yoxdur".
Qeyd edək ki, Məhəmməd Əmin Rəsulzadə küçəsi Bazarbaşı meydanından başlayır və Yuxarı Gövhər Ağa məscidinin qarşısındakı Meydana qədər uzanır. Həm qədim, həm də müasir Şuşanın mərkəzi küçəsi hesab olunur.
Ana səhifəyə qayıt
Oxunub: 90
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər