Belarus - Ukrayna sərhədində qoşunların cəmləşməsinin görüntüləri ortaya çıxdı - FOTOLAR
(23-03-2022, 10:00)
“Maxar” kosmik texnologiyalar şirkəti Belarus və Ukrayna sərhədi yaxınlığında hərbi nəqliyyat vasitələrinin toplaşmasını nümayiş etdirib. Kadrlarda Qomel vilayətinin Dublin kəndi yaxınlığında qoşunların cəmləşməsini görmək olar.
Şəkillər 18 mart tarixinə aid olsa da, yalnız bu gün dərc olunub.
Qeyd edək ki, bu gün adı çəkilməyən NATO rəsmiləri CNN-ə bildiriblər ki, Alyans Belarusun tezliklə Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinə qoşula biləcəyinə inanır. Mənbələrə görə, Belarus artıq genişmiqyaslı işğalda iştirak etmək üçün addımlar atır.Həmçinin, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirir ki, Belarus Respublikasından Volın istiqamətində hücum təhlükəsi yüksəkdir.
Ana səhifəyə qayıt
Oxunub: 78
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər