Biləsuvarda respublika çempionu məşq edərkən vəfat edib - FOTO
(23-03-2022, 09:00)



Biləsuvar rayonunda trenajor zalında ölüm hadisəsi baş verib.

Hadisə Biləsuvar şəhərində fəaliyyət göstərən idman zallarından birində qeydə alınıb.

Belə ki, bura məşqə gələn Biləsuvar şəhər sakini, 1973-cü il təvəllüdlü Əhmədov Azər Həsən oğlu trenajorda məşq edərkən qəfildən dünyasını dəyişib. Onun ürəktutmadan vəfat etdiyi deyilir.

Qeyd edək ki, Azər Əhmədov rayonda idmançı kimi tanınıb. Gənc yaşlarından karate idman növü ilə məşğul olub. Bir neçə dəfə respublika çempionluğunu əldə edib. İranda və Ukraynada keçirilən beynəlxalq yarışlarda kubok qaliblərindən olub. Məşqçi-müəllim kimi çalışıb.




Birinci Qarabağ müharibəsi veteranı olan A. Əhmədov son illər başqa sahədə çalışsa da, mütəmadi idmanla məşğul olurdu.

Faktla bağlı araşdırma aparılır.


шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 75

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031