Masallı və Cəlilabadda su basmış ərazilərdən daha 25 nəfər xilas edilib - VİDEO
(22-03-2022, 12:00)


Masallı və Cəlilabadda su basmış ərazilərdən daha 25 nəfər xilas edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, davam edən yağıntıların, kəskin hava şəraitinin törətdiyi fəsadların aradan qaldırılması üçün FHN-in müvafiq qüvvələri tərəfindən təxliyə və suçəkmə işləri ötən gecə və səhər saatlarında davam etdirilib.

Belə ki, Masallı rayonunun Boradigah kəndində, Cəlilabad şəhəri və rayonun Göytəpə şəhəri və Təzəkənd kəndində, Füzuli rayonunun Aşağı Yağlıvənd kəndində müvafiq olaraq təxliyə və suçəkmə tədbirləri həyata keçirilib.

Ümumilikdə FHN-in qüvvələri tərəfindən Masallı və Cəlilabad rayonlarının su basmış ərazilərindən daha 25 nəfər və qarlı-şaxtalı havada Cəbrayıl şəhərində 1 və Cəlilabad rayonunun Kövüzbulaq kəndində 5 köməksiz vəziyyətdə qalmış avtomobil içərisindəki vətəndaşlarla birlikdə təhlükəsiz əraziyə təxliyə olunaraq xilas ediliblər.


шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 94

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031