"Rusiya ordusunun bütün cəbhələrdə irəliləyişi dayandırılıb" - Ukrayna
(22-03-2022, 08:30)


"Rusiya ordusunun bütün cəbhələrdə irəliləyişi dayandırılıb. Rusiya tərəfinin bu tendensiyanın qarşısını almağa gücü yoxdur".

Bunları Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

Arestoviç vurğulayıb ki, tərəflər yeni taktiki hərəkətlərə keçiblər: "Toqquşmalar davam edir, lakin biz daha yaxşı döyüşürük", - o əlavə edib.

Ukrayna Prezidenti Ofisinin rəhbərinin sözlərinə görə, Rusiyada hərbçilərə qarşı təzyiqlər başlayıb. O, bildirib ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin yoxlamaları nəticəsində ordudakı komandirlər də cəsarətsizlikdə və xarakter zəifliyində ittiham olunurlar.



шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 67

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031