“Ərzaq təhlükəsizliyi Əfqanıstanda bütün bir nəsli təhdid edir” - UNAMA təmsilçisi
(18-03-2022, 09:30)


“Əfqanıstanda insanlar bu gün analoqu olmayan miqyasda qida çatışmazlığı böhranı ilə üzləşir”. 

Bunu BMT-nin rezidenti və humanitar koordinatoru, BMT Baş katibinin Əfqanıstandakı Yardım Missiyasının rəhbərinin müavini (UNAMA) Ramiz Ələkbərov deyib. R.Ələkbərov bildirib ki, ölkədə kəskin aclıq ötən illə müqayisədə xeyli dərəcədə yüksəlib.

UNAMA təmsilçisinə görə, əfqanların 95 faizi kifayət qədər yemək yemir, qadınların başçılıq etdiyi ailələrdə bu rəqəm demək olar ki, 100 faizə yüksəlir: "Bu, ağlasığmaz dərəcədə yüksək rəqəmdir və bu, sərt reallıqdır".

Ələkbərov qida çatışmazlığından əziyyət çəkən uşaqlarla dolu xəstəxana palatalarının şəklini çəkib və deyib ki, bir yaşında olan körpənin çəkisi altı aylıq körpənin çəkisi qədərdir, bəziləri isə o qədər zəifdir ki, hərəkət edə bilmirlər.





Bu il humanitar tərəfdaşlar Əfqanıstanda 8,2 milyon insana həyati əhəmiyyət kəsb edən qida yardımı, o cümlədən təcili qida rasionu, məktəb yeməkləri, kənd təsərrüfatı ləvazimatları və s. əlavələr kimi yardım göstəriblər.

Buna baxmayaraq, 34 əyalətdən 28-də kəskin qida çatışmazlığı səviyyəsi yüksəkdir və 3,5 milyondan çox uşağın qidalanmaya və müalicəyə ehtiyacı var.

L.SƏMLA

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 72

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031