GÖYGÖLDƏ ATA VƏ OĞUL ŞƏHİDLƏRİN ƏZİZ XATİRƏSİ YAD EDİLDİ
(17-03-2022, 21:51)

YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl Rayon İcra Hakimiyyətinin şöbə müdiri Sərdar Balayev, gənc partiya fəalları, qazilər və şəhidlərin ailə üzvlərinin iştirakı ilə 17 Mart 2022-ci il tarixdə Birinci Qarabağ müharibəsi şəhidi Bayram Həsənovun oğlu, Vətən Müharibəsi şəhidi, ŞUŞA FATEHİ Həsənov Vüsal Bayramoğlunun doğum günü münasibətilə Göygöl Şəhidlər Xiyabanında ATA-OĞUL ŞƏHİDLƏRİN məzarlarıını ziyarət ediblər. Ziyarət zamanı şəhidlərin məzarları önünə gül dəstələri qoyulub, müqəddəs ruhlarına dualar oxunub. Sonra şəhid Vüsal Həsənovun ailə üzvlərinə baş çəkilərək, onların qayğıları ilə maraqlanılmışdır.
ATA-OĞUL ŞƏHİDLƏRİN döyüş yolundan və göstərdikləri qəhrəmanlıqlardan söhbət açılmış, YAP Göygöl rayon təşkilatı tərəfindən hazırlanmış xatirə hədiyyəsi təqdim olunmuşdur. Söhbət zamanı şəhid ailəsinin üzvləri onlara göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.


Ana səhifəyə qayıt
Oxunub: 224
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər