Bakıda qadının körpə bacısını diləndirməsi faktı aşkarlanıb
(16-03-2022, 18:00)


Bakıda polis qadının körpə bacısını diləndirməsi faktını aşkarlayıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev bildirib.

“Paytaxtın Nizami rayonunda həyat tərzi dilənçilik olan roman mənsubu qadın körpə bacısını diləndirməsi polis tərəfindən aşkarlanıb. Jurnalist həmkarlarımızdan daxil olan məlumat əsasında keçirilən tədbirlərlə körpə küçədən götürülüb, aidiyyəti üzrə təhvil verilib. Müvafiq tədbirlər davam etdirilir.

O, bildirib: “Bayramdır ona görə körpə ilə çıxdım ki, daha çox pul yığım. İnsanlar körpəyə daha çox pul verir", - E.Hacıyev qeyd edib.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 87

Xəbər lenti