“PUTİNİN ARTIQ HAKİMİYYƏTİ DƏYİŞMƏK MƏQSƏDİ YOXDUR...” – “ABŞ-la danışıqlar aparmaq arzusundadır”
(16-03-2022, 16:00)



Finlandiya Prezidenti Sauli Niinisto hesab edir ki, artıq Putinin Ukraynada hakimiyyəti dəyişmək niyyəti yoxdur.

Finlandiya Prezidenti CNN telekanalına müsahibəsində Putinlə son günlərədək davam edən dialoqlarında gəldiyi qənaətləri bölüşüb.

Niinisto deyib ki, Putinin Ukraynada konkret məqsədləri var: “Hamımız yaxşı bilirik ki, Putinin öz siyahısı var. Ancaq məncə, artıq Ukraynada hakimiyyətin dəyişdirilməsi məsələsi həmin siyahıda yoxdur. Bu barədə ona sual verəndə, mənə bildirdi ki, öncədən də belə bir məqsədi olmayıb”.

Prezidentin sözlərinə görə, Putinin əsas tələbləri Krımın və məlum qondarma qurumların Donetsk və Luqansk vilayətlərinin sərhədləri çərçivəsində tanınması, eləcə də Ukraynanın neytrallığı və demilitarizasiyasıdır. Putin deyib ki, son tələbi artıq yerinə yetirilməkdədir, yəni Ukrayna aparılan müharibə sayəsində silahsızlaşdırılır.




Nəhayət, Niinisto Putinlə söhbətlərindən belə bir nəticəyə gəlib ki, Kremlin başçısı birbaşa ABŞ-la danışıqlar aparmaq arzusundadır. 

Finlandiya Prezidenti onu da qeyd edib ki, Putinlə sonuncu dəfə ötən həftənin cümə günü danışıb. Finlandiya Prezidentinin Putinin məqsədləri barədə gəldiyi qənaətdən fərqli olaraq, bir neçə gün əvvəl ABŞ Prezidentinin təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Putinin, Çin də daxil olmaqla, digər ölkə başçılarını aldatmaqda mahir olduğunu bildirmişdi: “Böyük ehtimalla, Putin avropalılara və digərlərinə yalan söylədiyi kimi, çinliləri da aldadıb”.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 89

Xəbər lenti