Bu gün Rusiyaya qarşı yeni sanksiyalar təsdiqlənə bilər
(14-03-2022, 12:30)


Rusiyaya qarşı yeni sanksiyalar martın 14-də təsdiqlənə bilər.

Bu gün Avropa İttifaqına üzv dövlətlərin Daimi Nümayəndələr Komitəsi səviyyəsində Rusiyaya qarşı yeni sanksiyalar paketinin yekunlaşdırılması və təsdiqlənməsi gözlənilir.

Artıq Avropa Komissiyası və Avropa Xarici Siyasət Xidməti beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində hazırlanmış yeni sanksiyalara dair təkliflərini təqdim ediblər.

Bundan əvvəl Avropa İttifaqı Komissiyasının rəhbəri Ursula fon der Leyen Rusiyaya qarşı dördüncü sanksiyalar paketinin tətbiq olunacağını bəyan etmişdi. Bu da Rusiyanı qlobal iqtisadi sistemdən daha da təcrid edəcək. Bu paketin bir hissəsi kimi Aİ Rusiyadan əsas polad məhsullarının idxalını və öz ölkələrindən Rusiyaya bütün lüks malların ixracını qadağan etmək niyyətindədir.


шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 71

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031