Professor Əjdər İsmayılov vəfat edib
(14-03-2022, 11:00)
Filologiya üzrə elmlər doktoru, professor, Yeni Azərbaycan Partiyasının qurucularından olan, Əjdər İsmayılov vəfat edib.
Bu barədə professorun oğlu Cavid İsmayıl məlumat yayıb.
Əjdər İsmayılov 23 aprel 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Çomaxtur kəndində anadan olub. 1961-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1963–1965-ci illərdə Azərbaycan Teatr İnstitutunun rejisorluq fakültəsində təhsil alıb.
1961–1977-ci illərdə Çomaxtur kəndində müəllim, məktəb direktoru, daxili işlər nazirliyinin, "Şərq qapısı" qəzetinin əməkdaşı, 1977–1994-cü illərdə Naxçıvan Dövlət Universitetinin ədəbiyyat kafedrasında müəllim, baş müəllim, dosent və professor olub.
O, 300-ə yaxın elmi əsər, məqalə və müsahibənin müəllifidir. Eyni zamanda məşhur "91-lər"dən və Yeni Azərbaycan Partiyasının yaradıcılarındandır.
Allah rəhmət eləsin!
| « Fevral 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | |







