Barak Obama koronavirusa yoluxub
(14-03-2022, 10:30)
ABŞ-ın keçmiş prezidenti Barak Obamanın koronavirus testi müsbət çıxıb və onda xəstəliyin yüngül simptomları var.
Bu barədə o, sosial şəbəkədəki hesabında yazıb.
“Koronavirus üçün verdiyim analiz nümunələri müsbət çıxıb. Bir neçə gündür boğazım ağrıyır, lakin özümü yaxşı hiss edirəm” , - Obama tviterdə yazıb.
Amerika administrasiyasının keçmiş rəhbəri əlavə edib ki, həyat yoldaşı Mişelin analiz nümunələri mənfi çıxıb, hər ikisi də əvvəllər təkrar peyvənd olunublar.
Xatırladaq ki, Obama ABŞ-ın 44-cü prezidentidir, o, 2009-2016-cı illərdə vəzifədə olub. Prezident seçkilərində qalib gəlməzdən əvvəl o, İllinoys ştatından ABŞ senatoru olub.
Ana səhifəyə qayıt
Oxunub: 77
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər