2021-ci ildə terrordan zərər çəkən ölkələr - HESABAT
(10-03-2022, 11:30)


İqtisadiyyat və Sülh İnstitutunun (IEP) dərc etdiyi Qlobal Terror İndeksinə əsasən, 2021-ci ildə terrordan əziyyyət çəkən ölkələr siyahısına Əfqanıstan və İraq başçılıq edir.

İnstitutun məlumatına görə, Əfqanıstan dünyada terrordan ən çox zərər çəkən ölkə olub. 2021-ci ildə Əfqanıstanda terror 1426 nəfərin həyatına son qoyub ki, bu da dünya üzrə əhalinin ümumi sayının 20 faizini təşkil edir. Ən azı 2199 nəfər yaralanıb, hesabatda 91 girov götürmə faktı qeydə alınıb.

Hesabatda deyilir ki, qurbanların yarısından çoxu mülki şəxslərdir: “Keçmişdə təəssüf ki, dünya və region ölkələrinin əksəriyyəti bu cür qruplardan öz ölkələrinin siyasi mənafeyi naminə istifadə edirdi” - deyə siyasi ekspert Cavid Sanqdil bildirib.

Hesabatda 2021-ci ildə Kabildə İŞİD-in Kabil Beynəlxalq Hava Limanı yaxınlığında iki intiharçı bombanı partlatması ilə, 170 nəfərin həlak olması və 200-dən çox insanın yaralanması ilə nəticələnən hücum da yer alıb.

Bununla belə, ekspertlər arasında Əfqanıstanda üsyançıların hücumlarının azalacağı ilə bağlı nikbinlik var. İslam Əmirliyinə bağlı siyasi ekspert Əbdül Qafar Kamyabın fikrincə, Əfqanıstanda təhlükəsizlik vəziyyəti hər gün yaxşılaşır: “Heç bir qrup Əfqanıstan xalqı üçün təhlükəsizlik problemləri yarada bilməyəcək və onların qarşısı alınacaq”.

Hesabatda bildirilir ki, 2021-ci ildə terror hücumlarına məruz qalan Əfqanıstandan sonra sırada İraq və Pakistan gəlir.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 89

Xəbər lenti