İndiyiədək karantin rejiminin pozulmasına görə cərimələnənlərin sayı açıqlandı
(9-03-2022, 15:30)
Pandemiya dövründə (2020-ci il 14 mart- 2022-ci il 1 yanvar) xüsusi karantin rejiminin tələblərinin pozulması faktlarına görə 748,5 min şəxs haqqında inzibati məsuliyyət tədbirləri görülüb.
Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında qeyd edilib.
Bildirilib ki, onlardan 747,2 min nəfəri cərimələnib (tibbi maskadan istifadə etmədiklərinə görə 497 min nəfər), 1 286 nəfəri isə həbs edilib. İctimai iaşə obyektlrəi üçün müəyyən olunan iş rejimini pozan 482 şəxsə xəbərdarlıq edilib.Xüsusi karantin rejiminin tələblərini pozmaqla fəaliyyət göstərən 4,2 min obyektin, qapalı məkanda fərdi qoruyucu vasitələrdən istifadə edilmədiyinə görə 805 obyektin sahibləri barədə inzibati məsuliyyat tədbirləri tətbiq olunub.
Ana səhifəyə qayıt
Oxunub: 85
Xəbəri paylaş
Xəbər lenti
Ən çox baxılanlar