Dörd ölkə Rusiyanın müharibə cinayətlərini araşdırmağa başladı
(9-03-2022, 13:00)


Artıq dörd Avropa ölkəsi Rusiyanın hərbi cinayətlərini araşdırmağa başlayıb. Bu barədə Ukrayna baş prokuroru İrina Venediktova “Facebook” səhifəsində məlumat verib.

Onun sözlərinə görə, həmin dövlət Litva, Polşa, Estoniya və Almaniyadır.




“Ədalət naminə qlobal koalisiya hər gün böyüyür. Biz birlikdə hüquqi müstəvidə də qalib gələcəyik”, - deyə Venediktova vurğulayıb.

UNİAN-ın daha əvvəl verdiyi xəbərə görə, martın əvvəlində 39 ölkənin müraciəti əsasında BMT-nin Beynəlxalq Cinayət Məhkəməsi Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində törətdiyi hərbi və insanlığa qarşı cinayətləri araşdırmağa başlayıb.

Martın 7-də Beynəlxalq Cinayət Məhkəməsi Ukraynanın Rusiyaya qarşı soyqırımı ittihamı ilə bağlı iddiası üzrə dinləmələrə başlayıb.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 86

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031