Yutub ermənipərəst aparıcı Vladimir Solovyovun kanalını bloklayıb
(8-03-2022, 12:00)

Yutub hostinqi Rusiya aparıcısı Vladimir Solovyovun kanalını bloklayıb.

Onun kanalının bir milyondan çox abunəçisi var idi.

“Vladimir Solovyovla axşam” kanalından sonra videohostinq “Solovyev LIVE” kanalını da bloklayıb.

“Bu kanal YouTube-un istifadə şərtlərini pozduğu üçün bloklanıb”, - xidmət səhifəyə daxil olmaq istəyəndə qeyd edir.
Təbliğatçının özü kanalında bloklanmağı “müharibə elanı” adlandırıb.
Qeyd edək ki, Vladimir Solovyov son günlər Ukrayna əleyhinə təbliğat aparırdı.
Kanada hakimiyyəti ona sanksiya tətbiq edib, Avropa İttifaqı V.Slovyovun adını “qara siyahı”ya salıb. Solovyov ikinci Qarabağ müharibəsi Ermənistanın fəal təbliğatçısı olub.
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 86

Xəbər lenti