“Burada iyrənc çəyirtkə kimi murdar olacaqsınız” - Qeraşenkodan Kadırova ismarış
(8-03-2022, 09:30)


Ukraynanın daxili işlər nazirinin müşaviri Anton Qeraşenko Çeçenistanın başçısı Ramzan Kadırova açıq müraciət edib.

«Ələkeçməz kadırovçular Ukraynanın geniş ərazisində. Rus təbliğatı dayanmadan düdük çalır ki, bax, indicə kadırovçular Ukraynaya gələcəklər və hamıya hər şeyi göstərəcəklər. Ramzan Kadırova açıq müraciət edirəm: Niyə Çeçenistanda oturmusan? Ukraynaya gəl, Kiyevə, Xarkova və ya Mariupola hücuma başçılıq elə, öz bacarığını və Putinə sədaqətini İnstaqramda yox, döyüş meydanında göstər» - Qeraşenko özünün teleqram-kanalında yazıb.

O, həm də əlavə edib ki, bütün insanlar ölümlüdür. Ancaq ukraynalı hərbçilər qəhrəman kimi ölürlər, ruslar, buryatlar və çeçenlər isə «iyrənc çəyirtkə kimi» məhv olacaqlar. «Bütün insanlar ölümlüdürlər. Ruslar da, buryatlar da, çeçenlər də, ukraynalılar da. Amma ukraynalılar öz evlərini, torpaqlarını müdafiə edərək, qəhrəman kimi ölürlər. Siz ruslar, buryatlar və çeçenlər burada iyrənc çəyirtkə kimi - özgənin evini alçaqcasına talayan çəyirtkə kimi məhv olacaqsınız. Çeçenlər barəsindəki təmsillərdən və nağıllardan qorxmaq lazım deyil. Bizim güllələr, «Qrad»lar, PTURlar onları da digər işğalçılar kimi «dənləyəcək»lər» - Qeraşenko əlavə edib.


шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 83

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031