Altıncı çağırış Milli Məclisə seçkilərdə bütün siyasi qüvvələrin iştirakı üçün yaradılmış münbit şərait nəticəsində ölkəmizdə çoxpartiyalı parlament formalaşıb
(8-03-2022, 09:15)

  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında geniş,məzmunlu və konseptual xarakterli çıxış edərək, ölkədə parlament seçkilərinin demokratik, şəffaf və müasir standartlara uyğun keçirildiyini, səsvermənin nəticələrinin Azərbaycan xalqının iradəsini əks etdirdiyini, formalaşan Milli Məclisin çoxpartiyalı məclis olduğunu bildirmişdir. Bunun, çox müsbət əlamət olduğunu hesab edən Prezident siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin çox böyük rolu olacağını əminlikləvurğulamışdır. Həqiqətən də bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşmışdır və bu, demokratiyanın inkişafında önəmli addımdır. Təbiidir ki, Parlamentdə yerlərin əksəriyyətini qazanan Yeni Azərbaycan Partiyasının Milli Məclisdə sözü kifayət qədər qiymətlidir və təsirlidir. Müstəqil Azərbaycan parlamentinin tarixində ilk dəfəolaraq parlamentin sədri qadın seçildi. İlk dəfə olaraq parlament rəhbərliyi çoxpartiyalılıq prinsipi əsasında formalaşdı. Milli Məclisin rəhbərliyində həm bitərəflər, həm də azlıqda olan partiyaların nümayəndələri təmsil olunurlar. Bitərəflər və azlıqda olan partiyaların nümayəndələri də Milli Məclisin daimi komitələrinə sədr seçildilər.Milli Məclisin yeni tərkibi onu deməyə əsas verir ki, parlament ölkəmizdəaparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verəcəkdir.Deputatların seçicilərlə daim təmasda olmasını, problemləri ilə maraqlanmalarını qeyd edən Dövlət başçısı Azərbaycanın daxili problemlərinin ölkə daxilində həll olunmasını, Vətən və dövlətçilik naminə bütün siyasi qüvvələrin onların həllinə birlikdə öz töhfələrini vermələrinitövsiyə edib. Prezident qeyd edib ki; “Problemlərin ölkə hüdudlarından kənara çıxarılması və ölkəmizi istəməyən xarici qüvvələrin əlində Azərbaycana qarşı vasitəyə çevrilməsi yolverilməzdir. Azərbaycan daim müstəqil, prinsipial və öz milli maraqlarına uyğun siyasət yürüdür. Heç bir qüvvə Azərbaycan dövlətinə təzyiq göstərə bilməz”.Prezident İlham Əliyev nitqində bir sıra məsələlərə toxundu. Parlamentin fəaliyyətinin eyni zamanda müasir dünyada baş verən proseslərə operativ olaraq cavab verməsi, işini yüksək səviyyədə qurması olduğunu qeyd edən Cənab Prezident Milli Məclisin yeni tərkibinə qanunverici orqan kimi mövcud qanunlara yenidən baxılması, onların müasir dövrün tələblərinə uyğunlaşdırılması, lazım olan əlavə və dəyişikliklərin zamanında edilməsi, yeni qanunların qəbul olunması və qəbul olunanda beynəlxalq aləmdə baş verən proseslərə yüksək səviyyədə cavab verməsi ilə bağlı tapşırıqlar verərək, deputatların üzərinə ciddi tələb və vəzifələr qoydu. Ölkə başçısı haqlı olaraq vurğuladı ki, “Hər bir deputat istər parlament, istərsə də kənar fəaliyyətində, xarici səfərlərdə, beynəlxalq tədbirlərdə cəsarətlə, qətiyyətlə, yüksək səviyyədə mövqeyini təqdim etməyi bacarmalıdır”. Prezident Milli Məclisin üzvlərinə gedən proseslərə oturub baxmaq, susqun olmaq, fikrini bildirməmək, liberallıq göstərmək kimi hallara qarşı ciddi fikirlərini səsləndirdi.Dövlət başçısı nitqində yeni məqama toxunaraq millət vəkillərinin qəbul olunan qanunların yerlərdə icrasına nəzarət funksiyası yerinə yetirməli olduqlarını da söylədi. Bu artıq parlament üçün yeni vəzifə, yeni səlahiyyətdir. Ümumilikdə götürəndə yeni tərkibli Milli Məclis islahatçı, yenilikçi parlament kimi fəaliyyət göstərməlidir. Bu gün Azərbaycan Milli Məclisinin yeni tərkibi aydın şəkildə nümayiş etdirir ki, VI çağırış Milli Məclis ölkə Prezidenti tərəfindən həyata keçirilməsinə başlanmış islahatlara öz ciddi təkanını nümayiş etdirəcəkdir. Cənab Prezident qeyd etdi ki, dörd dairənin ləğv olunması da öz növbəsində nümayiş etdirir ki, Azərbaycan tərəfinin özü neqativ halların, çatışmazlıqların aradan qaldırılmasında hamıdan qabaq maraqlıdır. Bunu bizdən hansısa bir beynəlxalq istansiya istəməmişdi, tələb etməmişdi. Azərbaycan dövlətinin özü maraqlı idi ki, seçkilərdə bütün çatışmazlıqlar qiymətləndirilsin və onların aradan qaldırılması istiqamətində addımlar atılsın. Təbii ki, bu cür də edildi. Bütün bunlar ondan xəbər verir ki, Azərbaycan dövləti, hakimiyyəti seçkiləri ən demokratik, şəffaf formada keçirilməsində özü hamıdan qabaq maraqlıdır və bu istiqamətdə kimlərinsə məsləhətinə ehtiyac duymur. Azərbaycan dövləti özü şəffaflığın, demokratiyanın seçki prosesində təmin olunması istiqamətində gərəkən bütün addımları zamanında atır. Cənab Prezidentin seçkilərlə bağlı söylədiyi fikirlər həqiqətən də reallığı tam əks etdirir.Eyni zamanda son zamanlar həyata keçirilən islahatlar nəticəsində Prezident Administrasiyasında, Nazirlər Kabinetində, yerli mərkəzi icra hakimiyyəti orqanlarında struktur və kadr dəyişiklikləri həyata keçirildi. Reallıqlar fonunda təbii olaraq, Milli Məclisdə də dəyişikliklərin aparılması məntiqi zərurətdən irəli gəlirdi. Xalqın iradəsini əks etdirən yeni parlament heyəti formalaşdı. Parlamentin bugünkü tərkibi göstərir ki, Milli Məclisin yenilənməsinə həqiqətən də zərurət var idi.Ayrı-ayrı partiyaların nümayəndələrinin Milli Məclisin rəhbərliyi və komitələrində təmsil olunması siyasi sistemin möhkəmləndirilməsi, siyasi münasibətlərin sağlam zəmində inkişaf etdirilməsi məqsədini daşıyır. Təkcə vitse-spikerlər deyil, komitə sədrləri səviyyəsində də azlıq təşkil edən partiya üzvlərinin təmsil olunması dediklərimizi bir daha təsdiqləyir. Vətəndaş Həmrəyliyi Partiyası müxalifətyönümlüdür və bu gün həmin partiyanın təmsilçisi Milli Məclis sədrinin mavini vəzifəsinə seçildi. Bir sözlə, Milli Məclisin çoxpartiyalılıq əsasında formalaşması iqtidarla müxalifət arasında gedən dialoqun müsbət müstəvidə tamamlandığını deməyə əsas verir. Bu da ölkədə sabitliyi, əmin-amanlığı təcəssüm etdirir.Görülən işlərə nəzərən əminliklə demək olar ki, altıncı çağırış Milli Məclis yeni tərkibdə və yeni müstəvidə uğurla fəaliyyət göstərir və işini dövlətçiliyimizin, müstəqilliyimizin qorunması istiqamətində qurur. Parlament bundan sonra da, xüsusilə Azərbaycan Prezidentinin təşəbbüsü ilə həyata keçirilən islahatlar kursuna uyğun işini qurmaqla, normativ hüquqi bazanın formalaşdırılması istiqamətində mühüm addımlar atacaq.

Vüqar İsayev,
YAP Göygöl rayon təşkilatının sədri
шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 122

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031