Ukrayna Aİ və G7 ölkələrini Rusiyaya qarşı əlavə sanksiyalara çağırıb
(7-03-2022, 16:00)
“Rusiya iqtisadiyyatını nəhayət məngənəylə sıxmaq və Ukraynada başlatdığı müharibəni dayandırmaq üçün ona qarşı əlavə sanksiyalar tətbiq etmək lazımdır”.
Bunu Ukraynanın xarici işlər naziri Dmitro Kuleba deyib.
“Bu gün mən Avropa İttifaqının (Aİ), G7 ölkələrinin bütün xarici işlər nazirlərinə və Aİ-nin Xarici Siyasət üzrə Ali Nümayəndəsinə Ukraynanın gözlədiyi, Rusiyanı birdəfəlik məngənədə sıxan və müharibəyə son qoyan sanksiyaların konkret siyahısı ilə bağlı məktubları imzaladım”, - Kuleba bildirib.
O, həmçinin yeni sanksiyaların tətbiq olunmasını təmin etmək üçün hər bir ölkə ilə işləyəcəyini vurğulayıb.
Ana səhifəyə qayıt
Oxunub: 82
Xəbəri paylaş
Xəbər lenti
Ən çox baxılanlar