Xəzərin suyu Kürə qarışıb - Ekoloji problemlər yaranıb
(7-03-2022, 13:30)
Xəzərin suyu Kür çayına qarışdığından Neftçala rayonunda ekoloji və aqrar problemlər yaranıb.
Xeyli müddətdir ki, Kür çayının Neftçala rayonu ərazisindən küçən hissəsində suyun səviyyəsi kəskin azaldığından Xəzər dənizinin şor suyu çaya qarışıb. Dəniz suyu rayonun Ərəbqardaşbəyli kəndinə çatıb.
Kürün suyu şorlaşdığından rayonun yaşayış məntəqələrində əkin sahələrinin suvarılmasında çətinliklər ortaya çıxıb. Rayonun 20 min nəfərdən çox əhalisi olan Xol zonası adlanan yaşayış məntəqəsində vəziyyət xüsusən ağırdır. Əhali həm içməli su sarıdan, həm də əkin sahələrinin suvarılmasında ciddi çətinliklərlə üzləşib.
Ana səhifəyə qayıt
Oxunub: 86
Xəbəri paylaş
Xəbər lenti
Ən çox baxılanlar