Yeni Azərbaycan Partiyası cəmiyyətimizdə çox böyük nüfuza sahib olan partiyadır
(6-03-2022, 11:38)

 
Yeni Azərbaycan Partiyasının hər bir qurultayı respublikamızın ictimai-siyasi həyatında böyük hadisə kimi yadda qalır.
Ulu Öndər Heydər Əliyev ətrafında yaradılmış Yeni Azərbaycan Partiyası yarandığı gündən ölkədəki siyasi sabitliyin təmin olunmasına xidmət etmişdir. Ümummilli lider, görkəmli ictimai-siyasi xadim Heydər Əliyevin siyasi irsi inkişafın təməlində duran əsas ideoloji amil olmuşdur.
Őlkəmizin və regionumuzun ən böyük partiyası olan Yeni Azərbaycan Partiyası avanqard siyasi qüvvə olaraq ölkədə aparılan bütün mütərəqqi və məqsədyönlü işlərin önündə getmiş, Azərbaycan siyasi sisteminə hər zaman yeniliklər gətirmiş və bu sahədə bir çox uğurlara imza atmışdır. Yeni Azərbaycan Partiyasının VII Qurultayında ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin bilavasitə tapşırıq və tövsiyələri əsasında hazırlanaraq qəbul olunmuş Nizamnamə müasir dövrün reallıqlarına uyğun olan yeni çağırışların, vəzifələrin daha da effektiv şəkildə həyata keçirilməsinə şərait yaradır. Qurultayda qəbul olunmuş Nizamnamə Yeni Azərbaycan Partiyası və onun yerli təşkilatlarının işinin daha da gücləndirilməsi, səmərəliliyinin artırılmasını özündə ehtiva edir.
Qeyd edim ki, yeni Nizamnamənin tələblərinə uyğun olaraq YAP İdarə Heyətinin 28 yanvar 2022-ci il tarixli 1 nömrəli qərarına əsasən partiyanın yerli təşkilatlarına sədrlər təyin olunub.
Üç il ərzində ölkə həyatında bir çox önəmli hadisələr baş vermişdir.
Bu illər ölkəmiz üçün, bölgəmiz üçün həlledici illər olmuşdur.
Bu qurultaya qədərki dövrün ən böyük hadisəsi isə təbii ki, torpaqlarımızın işğaldan azad olunması və Vətən müharibəsində parlaq Qələbənin qazanılması idi.
Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədalət bərpa olundu. Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir. Bu gün bizim Qələbəmiz dünyanın aparıcı ölkələrinin aparıcı ali məktəblərində öyrənilir. Azərbaycan xalqı birlik, həmrəylik göstərdi. Azərbaycan Ordusu rəşadət, qəhrəmanlıq, peşəkarlıq göstərdi. Bütün xalqımız bir yumruq kimi birləşib, düşmənə sarsıdıcı zərbələr vurub öz tarixi torpaqlarını işğalçılardan azad etmişdir. Biz bu tarixi missiyanı yerinə yetirdik.
Əlbəttə ki, hərbi sahədə müharibə bizim şanlı səhifəmizdir.
Dünənin, bugünün və sabahın partiyası olan Yeni Azərbaycan Partiyası hər zaman ölkəmiz və regionun ən aparıcı siyasi təşkilatı olaraq uğurlar əldə edəcək, dövlətimizin inkişafına dəstəyini göstərəcəkdir.
 
Əli Həsənov,
YAP Göygöl rayon təşkilatı üzrə Göygöl şəhər 5 nömrəli tam orta məktəb ərazi partiya təşkilatının sədr müavini


   шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 174

Xəbər lenti