Rusiya və Ukrayna arasında danışıqların üçüncü raundunun keçiriləcəyi vaxt açıqlanıb
(5-03-2022, 13:00)
Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların üçüncü raundu yaxın bir-iki gün ərzində baş tutacaq. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin ofis rəhbərinin müşaviri Mixail Podolyak bildirib.
“Görüş növbəti bir-iki gündə olacaq. Biz digər məsələlərlə yanaşı, danışıqlar prosesinin bir hissəsi kimi, lazım gələrsə, düzəlişlər etmək üçün humanitar dəhlizlərin necə işləməyə başladığını qiymətləndiririk”, - o deyib.
Müşavirin sözlərinə görə, Ukrayna nümayəndə heyətinin tərkibində dəyişiklik nəzərdə tutulmayıb.
Ana səhifəyə qayıt
Oxunub: 94
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər