Laçında Azərbaycan Ordusunun 2 əsgəri itkin düşüb - Axtarış davam edir + VİDEO (Yenilənib)
(5-03-2022, 12:00)



Laçın rayonu istiqamətində itkin düşmüş hərbi qulluqçularımızın axtarış-xilasetmə tədbirləri davam edir. Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir. MN bununla bağlı videogörüntü də yayıb.



****




Laçında Azərbaycan Ordusunun 2 əsgəri itkin düşüb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Laçın rayonu ərazisində yerləşən bir döyüş mövqeyindən digərinə hərəkət edən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları - əsgər Məmmədov Fərid Əjdər oğlu və əsgər Abdullayev Firdovsi Mais oğlu hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək azıblar.

Hərbi qulluqçularımızın tapılması məqsədilə yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq dərhal axtarış tədbirlərinə başlanılıb.
Axtarış-xilasetmə tədbirlərinin nəticələri barədə əlavə məlumat veriləcək.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 112

Xəbər lenti