"RUSİYANIN TƏLƏBLƏRİ AZALIR" - “Anlayırlar ki, siyasi hədəflərə hərbi yolla nail ola bilməyəcəklər”
(4-03-2022, 14:30)


Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri, hərbi ekspert Aleksey Arestoviç dünən keçirilən Ukrayna-Rusiya danışıqlarının bəzi detallarını açıqlayıb. 

Arestoviç Rusiyanın Ukrayna tərəfi qarşısında qoyduğu tələbləri azaltmağa başladığını bildirib: “Rusiyalılar getdikcə tələbləri azaldırlar. Onlar denasifikasiya və s. barədə danışmağı dayandırıblar. Blokdankənar status barədə danışırlar. Söhbət Ukrayna ərazisində hücum silahlarının yerləşdirilməməsindən gedib”.

Ardınca hərbi ekspert qeyd edib ki, tələblərin azaldılması “Rusiyanın siyasi hədəflərinə hərbi yolla nail ola bilməyəcəyini anlamasından” irəli gəlir.

Arestoviç xatırladıb ki, bu danışıqlarda hələlik yalnız humanitar koridorların yaradılması ilə bağlı nəzəri razılıq əldə olunub.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 105

Xəbər lenti