Şuşada hərbi avtomobilin qəzaya düşməsi ilə bağlı cinayət işi açılıb
(4-03-2022, 12:30)


Hərbi Prokurorluq Şuşa-Laçın yolunda hərbi avtomobilin qəzaya düşməsi ilə bağlı məlumat yayıb.

Hərbi Prokurorluğunun Mətbuat Xidmətindən daxil olan məlumatda deyilir.

"Daxil olan sözügedən məlumat əsasında Ağdam Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, izahatlar alınıb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Ağdam Hərbi Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 351.2-ci (Döyüş və ya xüsusi təyinatlı nəqliyyat vasitələrini, yaxud hərbi texnikanı idarəetmə və istismar qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

"Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcəkdir".

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 75

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031