ŞUŞADA AZƏRBAYCAN ƏSGƏRİ HƏLAK OLDU - Şəhid statusu verildi, İkinci Fəxri xiyabanda dəfn olunacaq
(4-03-2022, 09:00)


Şuşa-Laçın yolunda baş verən avtomobil qəzasında həlak olan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Vüsal Vüqar oğlu Kazımova şəhid statusu verilib.

Qanunvericiliyə əsasən, V.Kazımov şəhid statusu alıb.

Qeyd edək ki,  Vüsal Kazımovun nəşi artıq ailəsinə təhvil verilib.

 Tovuz rayon Aşağı Quşçu kənd sakini, 2000-ci il təvəllüdlü V.Kazımov vida və dəfn mərasimlərinin Tovuz rayonunda olması nəzərdə tutulsa da sonradan ailəsinin qərarı dəyişib.

Onun yaxınları Bakı şəhərində yaşadıqları üçün vida və dəfn mərasimi də burada keçirilməsinə qərar verilib. Şəhid V.kazımov İkinci Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, ali təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə gedən V.Kazımovun xidməti başa vurmağa 3 ayı qalmışdı. O evin tək oğlu olub, bir bacısı var.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 81

Xəbər lenti