Finlandiyada Rusiya malları satışdan çıxarılıb - Müharibəyə etiraz
(2-03-2022, 11:00)
Finlandiyanın S-ryhm supermarketi (S Qooqp) Rusiyada istehsal olunmuş malları assortimentdən çıxarıb.
Baqqaliyyə malları ticarəti üzrə direktor Samio Paelyusaxo bəyan edib: «İndi Ukraynada baş verənlər adamı şoka salır və tamamilə yolverilməzdir. Biz, müştərilərimizin baş verənlərə reaksiyasını diqqətlə izləyirik. Hər kəs istəyir ki, hansısa formada situasiyaya təsir göstərsin, bizim üçün bu seçim xətti başlıcalardan biri olub».
Bunun nəticəsində 50-yə yaxın Rusiya istehsallı məhsul assortimentdən çıxarılıb. Onların arasında qida məhsulları, fərdi idman malları, tekstil və digər istehlak malları var.
S Group-un Estoniyadakı törəmə müəssisəsi Prisms də bu ərəfədə analoji qərar qəbul edib.
Ana səhifəyə qayıt
Oxunub: 93
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər