“NATO-nun heç bir ölkəsi Rusiya ilə döyüşməyəcək” - Conson
(2-03-2022, 09:00)


NATO üzvü heç bir ölkə üçün Rusiya ilə müharibə mümkün deyil.

Bu barədə martın 1-də Böyük Britaniyanın Baş naziri Boris Conson NATO Baş katibi Yens Stoltenberqlə və Estoniyanın Baş naziri Kaey Kallasla Estoniyanın Tapa şəhərciyində keçirdiyi mətbuat konfransında bəyan edib.

«NATO-nun istənilən üzvü üçün Rusiya ilə aktiv hərbi toqquşma nəhəng addımdır ki, heç bir üzv dövlət tərəfindən nəzərdən keçirilmir - Conson deyib - Buna icazə almaq üçün parlamentin və xalqın razılığı qaçılmazdır. Buna baxılmır, bu zaman humanitar və lojistik dəstək göstərilməsinə baxılır…»

Conson həm də təsdiqləyib ki, Böyük Britaniya könüllülərin Ukraynaya göndərilməsini dəstəkləmir. «Birləşmiş Krallıq belə heç nə ilə məşğul olmur» - o, deyib.

Xəbər verildiyi kimi, bundan əvvəl Aİ bir neçə ölkəsi, Polşa və Bolqarıstan da daxil olmaqla, Ukrayna ordusuna hərbi təyyarələr göndərməkdən imtina edib və bunu belə izah ediblər ki, Rusiya-Ukrayna münaqişəsinin tərəfi deyillər.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 75

Xəbər lenti
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031