Borrel Belarusda nüvə silahı meydana gəlməsi imkanından narahat olub
(1-03-2022, 15:00)


Belarusda Rusiyaya məxsus nüvə silahının yerləşdirilməsi ilə respublikanın nüvə gücü statusu əldə etmək imkanı «çox təhlükəlidir».

Bu barədə fevralın 28-də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Jozep Borrel bəyan edib.

Bununla birlikdə o, bazar günü Konstitusiyada dəyişikliklər edilməsi barədə Belarusda keçirilmiş referendumu tənqidə məruz qoyub.

«Bu, Konstitusiyanın dəyişdirilməsi yolunda demokratik proses üçün əlverişsiz səydir» - Borrel bəyan edib və referendumda pozuntu imkanlarını istisna etməyib.

Xatırladırıq ki, Belarus Prezidenti Aleksandr Lukaşenko bundan əvvəl bəyan edib ki, Vladimir Putindən xahiş edə bilər, nüvə silahını respublikaya qaytarsın. Bu zaman o, qeyd edib ki, nüvə silahı Belarusda o zaman meydana gələ bilər ki, analoji silah Polşada və Baltikyanıda da olsun.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 87

Xəbər lenti