KİYEV YAXINLIĞINDA DARMADAĞIN EDİLƏN RUS ORDUSU ŞƏHƏRLƏRİ BOMBALAYIR - “İsgəndər”ləri işə salıb, nüvə qüvvələrini... + VİDEOLAR
(1-03-2022, 14:00)


Rusiya ordusu Ukraynanın paytaxtı Kiyev şəhərinə güclü raket hücumu həyata keçirib. Bu barədə “Report” RBC-Ukraynaya istinadən xəbər verir.

Raketin atıldığı yer dəqiq müəyyən edilib.

"Kiyevə “İskəndər” ballistik raket hücumu edilib. Dəqiq yer və qurbanlar müəyyənləşdirilir", - daxili işlər nazirinin müşaviri Anton Qeraşenko Telegram-da yazıb.

Rusiya Ukraynanın Brovarı şəhərinə də “İsgəndər” raketi atıb. Bu barədə Brovarın meri İqor Sapojko məlumat verib.

Onun ehtimalına görə, zərbə şəhərdəki hərbi radiolokasiya mərkəzinə endirilib.

Mer qeyd edib ki, raket zərbəsi nəticəsində 6 nəfər yaralanıb.

Həmçinin, ölkənin digər şəhərlərinin də raket atəşinə tutulduğu bildirilir.

Müvafiq görüntülər sosial şəbəkələrdə yayılıb:



***

Ukrayna Müdafiə Nazirliyi son döyüş əməliyyatlarıyla bağlı məlumat paylaşıb.

“AzPolitika.info” Ukrayna Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, hazırda düşmən yüksək dəqiqlikli uzaqmənzilli silahlardan istifadə etməklə, operativ-taktiki və ordu aviasiyasının dəstəyi ilə Ukraynaya qarşı hücum əməliyyatlarını davam etdirir.



Ötən gün rus işğalçıları Belarus Respublikasının hava məkanından Ukrayna ərazisinə 6 raket atıb və 4 hava zərbəsi endirib. Düşmən indiyə qədər 180-nə yaxın “İskəndər” tipli operativ-taktiki raketlərdən istifadə edib.

Hazırda Çerniqov-Kiyev istiqamətində döyüşlər davam edir. Rusiyanın Şimal Donanmasının Ordu Korpusunun Sumı-Oxtırka-Poltava sərhəddindəki 14-cü motoatıcı bölməsi əhəmiyyətli itkilər verib və hücum potensialını itirib.

Sloboyanski istiqamətində düşmənin hücumunun qarşısı qətiyyətlə alınıb. Təcavüzkar rejim Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çatmaq məqsədinə nail olmayıb. 

Kiyev müdafiə qüvvələri düşmənə qarşı mübarizə tədbirlərini davam etdirir. Hazırda Ukrayna ordusu Odessa, Cənubi Oçakiv, Xornomorsk limanlarının müdafiəsini həyata keçirir.

 Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç paytaxt Kiyevdə Ukrayna Ordusunun üstünlük əldə etdiyini açıqlayıb

“Təsdiqlənmiş hesablamalara görə, səhərdən saat 14.00-a qədər İrpen-Jitomir avtomobil yolunda 200-dən çox müxtəlif texnika məhv edilib və ya zədələnib.

İlahi, onları Kiyev yaxınlığında necə darmadağın etməyimizi bir bilsəniz!”, - O.Arestoviç feysbukda yazıb.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 134

Xəbər lenti