FIFA və UEFA Rusiya komandalarını bütün yarışlardan kənarlaşdırdı
(1-03-2022, 09:30)
FIFA və UEFA Rusiya klubları və yığmalarını bütün beynəlxalq yarışlardan kənarlaşdırıb.
Ölkə millisi 2022-ci il dünya çempionatının pley-off mərhələsində oynaya bilməyəcək və bununla da Qətərdə təşkil olunacaq mundialı buraxacaq.
Eyni zamanda "Spartak" Avropa Liqasının 1/8 final mərhələsində Almaniya "Leyptsiq"i ilə qarşılaşmalarda iştirak etməyəcək. "Leyptsiq" oynamadan növbəti mərhələyə yüksələcək.
Martın 24-də Rusiyanın kişilərdən ibarət komandası 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının finalına çıxmaq üçün pley-off turnirinin yarımfinalında Polşa komandası ilə Moskvada oynamalı idi. Digər yarımfinalda isə İsveç və Çexiya komandaları qarşılaşacaq.
Turnirin qalibi noyabrın 21-dən dekabrın 18-dək Qətərdə keçiriləcək dünya çempionatına vəsiqə qazanacaq. Rusiyanın qadınlardan ibarət komandası iyulun 6-dan 31-dək İngiltərədə keçiriləcək Avropa çempionatında iştirak etməli idi.
| « Fevral 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | |







