Azərbaycan bankları rublla əməliyyatları məhdudlaşdırdı - Konvertasiya aparılmır...
(28-02-2022, 13:00)
Rusiyanın Ukraynaya təcavüzünə görə Qərb ölkələrinin tətbiq etdiyi ağır sanksiyalardan dolayı rublun məzənnəsi kəskin dəyər itirir. Ekspertlər Rusiya valyutasının dollar, avro və başqa valyutalar qarşısında təxminən 40 faiz ucuzlaşdığını və prosesin sürətlə davam edəcəyini bildirirlər.
Bu gündən etibarən Azərbaycan bankları da rublla əməliyyatlara məhdudiyyətlər tətbiq etməyə başlayıb. Banklardan birinin müştərilərə göndərdiyi emaildə bu barədə belə yazılıb:
“Hörmətli müştəri! Maliyyə bazarlarında Rusiya rublu ilə bağlı yaranmış vəziyyətlə əlaqədər müvəqqəti olaraq İnternetBank Xidmətində rublla bütün nağdsız və kross konvertasiya əməliyyatlarının aparılması məhdudlaşdırılır. Əməliyyatların bərpası ilə bağl əlavə məlumat veriləcək”.
Ana səhifəyə qayıt
Oxunub: 102
Xəbəri paylaş
Xəbər lenti
Ən çox baxılanlar