Ruslar Kiyevdə çoxmərtəbəli yaşayış binasını raketlə vurdu - FOTOLAR + VİDEO
(26-02-2022, 17:30)
Ukrayna paytaxtı Kiyevdə hündürmərtəbəli binalardan birinə raket zərbəsi endirilib.
Bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib. Raket Lobanovski küçəsindəki hündürmərtəbəli binanın 16-17-ci mərtəbələrinə düşüb.
Məlumatda deyilir ki, xoşbəxtlikdən insan tələfatı olmayıb və binanın sakinləri evakuasiya edilib.
Hələ müharibə başlamamışdan öncə bir çox hərbi ekspertlər Rusiya silahlarının dəqiqlik sarıdan axsadığını bildirirdilər. Bu da son günlərdə öz təsdiqini tapır. Bununla yanaşı, Rusiyanın qəsdən yaşayış komplekslərini nişan aldığına dair də məlumatlar var.
“AzPolitika.info”
Ana səhifəyə qayıt
Oxunub: 113
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər