KİYEV KÜÇƏLƏRİNDƏ ŞİDDƏTLİ DÖYÜŞLƏR GEDİR - Bu şəhərdə isə ruslar məğlub olub geri çəkilib + VİDEO (Yenilənir)
(26-02-2022, 16:00)


Ukrayna Rusiya Silahlı Qüvvələrinin itkilərini açıqlayıb.

UNİAN-ın verdiyi xəbərə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin ofis rəhbərinin məsləhətçisi Mixail Podolyak “Rada” telekanalının efirində deyib.

Onun sözlərinə görə, bu səhərə olan məlumata əsasən, 3500-dən çox Rusiya hərbçisi ölüb və 200-ə yaxın hərbçi əsir alınıb.

Ukrayna Silahlı Qüvvələrinin “Twitter” hesabında paylaşılan məlumata görə, fevralın 24-dən bu səhərədək Rusiyanın itkiləri aşağıdakı kimidir:

14 təyyarə,

8 vertolyot,

102 tank,

535 zirehli döyüş maşını,

1 BUK (zenit raket kompleksi) məhv edilib.

Bu arada verilən məlumata görə, Kiyev vilayətinin Vasilkov şəhərinə bütün gecə boyu davam edən həmlələr Ukrayna Silahlı Qüvvələrinin qələbəsi ilə başa çatıb”.

Bunu şəhərin meri Natalya Balasinoviç söyləyib.

“Hazırda döyüşlər başa çatır. Demək olar, Vasilkovda sakitlikdir və bizim qorxunc gecəmiz geridə qalıb”, - mer vurğulayıb.

***

Kiyev küçələrində döyüşlər gedir, sakinlər təhlükəsiz yerlərdə qalmalıdırlar. Bu barədə Ukraynanın Kiyev Şəhər Dövlət Administrasiyasının rəsmi “Telegram” kanalı məlumat yayıb.

“Hazırda şəhərimizin küçələrində döyüşlər gedir. Xahiş edirik, sakit olun və mümkün qədər diqqətli olun!”, - deyə məlumatda qeyd edilir.

Həmçinin, kiyevlilərə sığınacaqda qalmaq, evdə olanlara isə pəncərələrə yaxınlaşmamaq, eyvana çıxmamaq, qapalı otaqda, məsələn, hamamda gizlənmək tövsiyə olunub.

Şəhərdə hava hücumu sirenləri işə düşərsə, insanlar dərhal ən yaxın sığınacaqlara getməyə çağırılıb.

Paytaxtdakı vəziyyətlə bağlı xalq deputatı Maryana Bezuqlaya da məlumat verib.

“Ukrayna Silahlı Qüvvələri diversiya-kəşfiyyat qruplarını Kiyevdən sıxışdırıb çıxarır. Döyüşlər davam edir”, - deyə o, “Facebook”da yazıb.

Bu gecə Rusiya hərbçiləri Kiyevdə “Beresteyskaya” metro stansiyası yaxınlığındakı hərbi hissəyə hücum ediblər. Onların hücumu Ukrayna Silahlı Qüvvələri tərəfindən dəf edilib.

Xatırladaq ki, dünəndən etibarən hərbçilər paytaxtın müdafiəsinə başlayıblar.



***

Ukraynanın paytaxtı Kiyevdə küçə döyüşləri başlayıb.

Report"un Şərqi Avropa bürosunun məlumatına görə, Kiyevin Şevçenkovskiy rayonu ərazisində, o cümlədən "Beresteyska" və "Şulyavska" metrostansiyaları yaxınlığında, "Pobeda" prospektində ağır döyüşlər gedir.

Döyüşlər getdikcə şiddətlənir. Qeyd edilir ki, "Beresteyska" yaxınlığındakı körpü partladılıb. Rusiya hərbçiləri "Şulyavska" metrostansiyası yaxınlığında hücuma keçiblər.

шаблоны для dle 11.2


Ana səhifəyə qayıt                                                                                                        Oxunub: 98

Xəbər lenti