Bakının bir sıra yolları bağlanıb
(26-02-2022, 11:30)
Bakının bir sıra yolları bağlanıb.
Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar fevralın 26-da Xətai rayonunun Xocalı prospektində yerləşən “Ana fəryadı” abidəsi önündə keçiriləcək anım tədbirində təhlükəsizliyin təmin edilməsi məqsədilə saat 07:00-dan tədbir bitənədək Bayraq Meydanından Neftçilər prospekti ilə bütün kəsişmələr, Parlament, Mikayıl Müşfiq istiqamətində yol bağlanılıb. Səməd Vurğun, Bülbül, Azadıq prospekti, Kövkəb Səfərliyeva istiqamətində hərəkət dəyişdirilib. Neftçilər prospektinə çıxışlar tam bağlanılıb. Yusif Səfərov küçəsi kəsişməsindən Xocalı prospekti boyunca Nəcəfqulu Rəfiyev küçəsi kəsişməsinədək avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulmaqla istiqamət dəyişdirilib.
Ana səhifəyə qayıt
Oxunub: 78
Xəbəri paylaş
Xəbər lenti
Ən çox baxılanlar