Ukrayna hərbçiləri Rusiyanın diversiya-kəşfiyyat qruplarını Kiyevdən sıxışdırır
(26-02-2022, 11:00)
"Ukrayna Silahlı Qüvvələri Rusiyanın diversiya-kəşfiyyat qruplarını Kiyevdən sıxışdırıb çıxarır. Döyüşlər davam edir".
Bunları Ukrayna Ali Radasının Milli Təhlükəsizlik, Müdafiə və Kəşfiyyat Komitəsinin sədr müavini Maryana Bezuqlaya fevralın 26-da səhər yerli vaxtla saat 4:26-da (Bakı vaxtı ilə 6:26) Kiyevdəki vəziyyətlə bağlı feysbuk hesabında yazıb.
Qeyd edək ki, fevralın 26-na keçən gecə Kiyevin bir sıra rayonlarında partlayış səsləri eşidilib. Beresteyskada işğalçılar hərbi hissəni ələ keçirməyə cəhd ediblər, lakin Ukrayna Silahlı Qüvvələri onların qarşısını alıb. İndi sağ sahildə vəziyyət gərgin olaraq qalır.
Ana səhifəyə qayıt
Oxunub: 84
Xəbəri paylaş
Xəbər lenti
05-09-2025 09:00
04-09-2025 17:30
04-09-2025 13:30
04-09-2025 09:30
03-09-2025 16:30
Ən çox baxılanlar
Seçilənlər